28
Fevral2018

Novruz Kampı

Sizi Novruz bayramını STEM’ lə birgə möhtəşəm keçirməyə dəvət edirik!

Tarix: 23, 24, 25, 26 Mart 

Yaş həddi: 4-6 və 7-14 yaş

Proqramlar haqqında ilkin məlumatlar

Novruz kampında balaca mühəndislərimizi bir-birindən maraqlı və əyləncəli Robotexnologiya və Mühəndislik proqramları gözləyir. Robotexnologiya dərslərində uşaqlar təbiətdən ilhamlanaraq öz robotlarını maneələrdən xilas etmək üçün yeni yollar kəşf edəcəklər. Mühəndislik dərslərində isə onlar fiziki qanunlardan istifadə edərək məişətdə istifadə olunan gündəlik vasitələri möhtəşəm çevirəcəklər.

App/Master 7-14 yaş

10:00-13:00 EV3 ROBOTICS “Gorilla” Uşaqlar müxtəlif siqnalları müəyyən edən və onların hər birinə reaksiya verən Qorilla robotunu qurub dizayn etdikdən sonra proqramlaşdıracaqlar. Dərs zamanı onlar robotlarda sensorlardan  istifadə edərək əsl canlı varlıqlar kimi hislərin necə idarə edilməsini və xarici amillərə qarşı ünsiyyətin necə dəyişdiyini başa düşəcəklər.


10:00-13:00 “Carnivorous Flower” Bildiyimiz kimi çiçəklərin də zəhərli növləri vardır. Novruz Kampımızdakı proqramlardan biri də bu çiçəkləri real həyatda lego hissəciklərdən qurub bir mühəndis kimi proqramlaşdırmaq olacaqdır. Şagirdlər dərs otağındakı işığa reaksiya verən və təzyiq hiss edərkən çənəsini bağlayan zəhərli çiçək robotlarını hazırlayacaqlar. Uşaqlar robotlarına onları  hərəkətə gətirən və canlıların davranışlarını təkrarlayan proqram yazacaqlar.

Mexanika mühəndisliyi 

10:00-13:00 “Mousetrap Machine” Siçan tələləri yalnız gəmiriciləri məhv etmək üçün deyil, eyni zamanda elmi-praktiki məşğələlərdə də istifadə oluna bilər. Təhlükəsizlik qaydalarından istifadə edərək uşaqlar tələlərdən enerjiyə qənaət edən avtomobillər düzəldəcəklər və onları hərəkətə gətirən təkərlərlə birləşdirəcəklər. 

10:00-13:00 “Coffee Cup Bot Konveyer kəmərləri maşınlardan kompüterlərə qədər bir çox mexaniki sistemlərdə istifadə olunur. Artıq Novruz Kampından sonra uşaqlar öz oyuncaqlarının qurucuları olacaqlar. Bu dərsdə onlar mexaniki robotlarını düzəldəcək və onları hərəkətə gətirmək üçün motorlardan istifadə edəcəklər. 

Junior 4-6 yaş proqramı 
15:00 – 17:00 Junior WeDo Robotics “Crazy Carnival” Balaca mühəndislərimiz Novruz kampına əylənərək öyrənəcəkləri LEGO® WeDo™proqramı ilə başlayacaqlar. Lego hissəciklərdən istifadə edərək onlar katapulta, uzaqdan idarə edilən rəqqas, ördək ovu oyununun qəhrəmanlarını və yarış maşını kimi nümunələr hazırlayacaqlar. Eyni zamanda uşaqlar düzəltdikləri qəhrəmanları kompüter vasitəsi ilə proqramlaşdıraraq hərəkətə  gətirəcəklər.


Tesla proqramı 7-14 yaş 
15:00 – 17:00 MinecraftEDU with Redstone “Medieval Machinations” Şagirdlər bu modul zamanı Minecraft EDU versiyasını daxildən izləyəcəklər və bir mühəndis kimi çətinliklərin öhdəsindən gəlmək üçün problem həll etmə, kritik düşünmə qabiliyyətlərini inkişaf etdirəcəklər. Şagirdlər komandada işləməyi və resurslardan əsl mühəndis kimi rasional qaydada istifadə etməyi öyrənəcəklər. Minecraft-da tikinti prosesi şagirdlərə real həyatdan fərqli olaraq öz dizayn və materiallarını istədikləri kimi və istədikləri qədər risksiz istifadə etməyə imkan yaradır. Minecraft proqramının mürəkkəb aspektlərindən biri də MinecraftEDU proqramının elektrik sxemasını təşkil edən Redstone-dur. Bu dərslərdə uşaqlar Redstone‘dan istifadə etməklə orta dövr macəraları olan qalaların, krallıqların qurulmasını öyrənəcəklər.



4 günlük Novruz Kamp ödənişi səhər proqramı üçün 100 Azn, günorta proqramı üçün 80 Azn-dir 

Qeyd: Novruz Kampının ödənişinə çay fasiləsi daxildir. Əlavə olaraq, 2 proqramda iştirak edən uşaqlar üçün nahar fasiləsi də təşkil olunacaqdır.