23
Aprel2018

Spring Workshop

Məktəblilərin yaz tətili günlərində (1-4 may, 10:00-13:00) STEM mərkəzində Spring Workshop keçiriləcək. Robotexnologiya və mühəndislik proqramları ilə zəngin workshop proqramları ilə tanış olun:

Proqramlar: EV3 Robotics: Bu proqram vasitəsi ilə uşaqlar real həyatın yalnız qurmaqdan ibarət olmadığını, eyni zamanda proqramlaşdırmanın da həyatımızda mühüm yer tutduğunu praktiki məşğələlərlə öyrənəcəklər. İlk dərsdə uşaqlar söküləbilən robotlar hazırlayacaq və onların hərəkətlərini idarə edən düyməciklərlə işləyəcəklər.

İkinci dərsdə isə uşaqların qarşısında daha təkmilləşmiş tapşırıq duracaq. Onlar   köməkçi sensorlardan istifadə edərək robotlarını proqramlaşdırıb  müəyyən olunmuş məsafəyə çatdıracaqlar.


3D Printing:  3D Printing son dövrlərdə geniş şəkildə tətbiq edilən və böyük marağa səbəb olan ixtiralardan biridir.

Bu modulda uşaqlar  3D printing’in əsas anlayışlarını araşdıracaq  və komputerdən (aid programming-dən) istifadə edərək obyektləri dizayn edəcəklər. Onlar eyni zamanda 3D qələm və printerlərindən istifadə edərək modelləri modifikasiya edib prototiplər hazırlayacaq və hazırladıqları nümunələri apara biləcəklər.

Ətraflı məlumat və qeydiyyat üçün tel: 050 444 25 25