03
May2018

Yay Kampı - 2018

Bu yayı bizimlə keçirəcəksiniz! Amerikanın məşhur təhsil markası Engineering For Kids İSTƏK liseyi ilə birlikdə 4-14 yaşlı uşaqlar üçün yeni proqramlarla zəngin yeni Summer Camp təşkil edir.  

Sizləri tam fərqli məkanda - İSTƏK Liseyinin Nərimanov filialında əyləncə və yeni ixtiralarla dolu Elektrik, Mexanika, İnşaat, Kimya mühəndisliyi , Robotexnologiya və Minecraft Education proqramları ilə gözləyirik... 

Summer Camp zamanı uşaqlar mühəndislik dərsləri ilə yanaşı açıq havada əyləncəli məşğələlərdə iştirak edəcək, dinamik oyunlar oynayaraq müxtəlif master klaslarda iştirak edəcək, fabrik və zavodlara gedərək istehsalat prosesi ilə tanış olacaqlar. 

Keçirilmə vaxtı: 18 iyun-20 iyul (həftə içi, saat 10:00-18:00) 

Qeyd: Engineering For Kids Azerbaijan Ramazan Kampaniyasına start verdi!
Kampaniya müddətində Summer Campın 3, 4 və 5-ci həftələrinə qeydiyyatdan keçənlər 20% endirim əldə edəcəklər.
Son tarix: 15 iyun

Tel: 050 444 25 25 


Ətraflı:


  • Sizə Summer Camp`da keçiriləcək proqramlar haqqında daha ətraflı məlumatı təqdim edirik. Qeyd edək ki, proqramda 7-14 yaşlı uşaqlar iştirak edə bilər.

    • Apprentice 7 – 10 yaş

    • Master 11 – 14 yaş


  • İyun ayının 18-dən iyulun 20-nə qədər təşkil olunacaq Summer Camp proqramları həftə içi hər gün saat 10:00-18:00-dək davam edəcək.

    Günlük proqram:

    10:00-11:30 – Praktiki STEM dərsləri 

    11:30-11:50 - Çay fasiləsi

    11:50-13:30 - Praktiki STEM dərsləri 

    13:30-14:30 - Nahar fasiləsi

    14:30-17:00 – Ekskursiya və Master Klaslar

    17:00-18:00 Çay/meyvə fasiləsi


  • Uşaqlar hər gün nahar etdikdən sonra müxtəlif maraqlı və maarifləndirici ekskursiyalarda və master klaslarda iştirak edəcəklər. Təşkil olunacaq ekskursiyalar keçiriləcək mühəndislik dərsləri ilə birbaşa əlaqəli olacaq. Ekskursiyalar xarici və yerli sənaye müəssisələri, fabrik (şokolad, bitkiyağı, tekstil, çörək və s.), zavodlar (sürtküyağı, neft-qaz terminalı), müxtəlif istehsal xətləri, muzeylərə, klinika, yanğın söndürmə stansiyasına nəzərdə tutulur. Bundan əlavə peşəkar əyləncəli master klasslar açıq havada əyləncəli oyunlar təşkil olunacaq.

    Ödənişlər:

    Summer Camp proqramı 5 həftə davam edəcək və həftəlik ödəniş 195 AZN təşkil edir.

    I həftə: 18-22 İyun

    II həftə: 25 - 29 İyun

    III həftə: 2-6 İyul

    IV həftə: 9-13 İyul

    V həftə: -16 -20 İyul

    ENDİRİMLƏR:

    3 həftəlik Camp proqramı 10% endirim (585 deyil, 527 AZN)

    4 həftəlik Camp proqramı 15% endirim (780 deyil, 663 AZN)

    5 həftəlik Camp proqramı 20% endirim (975deyil, 780 AZN)

    Üzvlük kart sahibləri üçün tətbiq olunacaq endirimlər:

    2 həftəlik Camp proqramı - 10% endirim (390 deyil, 351 AZN)
    3 həftəlik Camp proqramı - 15% endirim (585 deyil, 497 AZN)
    4 həftəlik Camp proqramı - 20% endirim (780 deyil, 624 AZN)

    5 həftəlik Camp proqramı - 25% endirim (975 deyil, 732 AZN)


    Summer Campın 1-ci və 2-ci həftəsi (18-22 və 25-29 İyun)

    “EV3 ROBOTICS: KELVIN’S FACTORY”: Robotexnologiyanın ən çox klassik tətbiqetmə forması insanlar üçün dəqiq və təhlükəli olan tapşırıqları yerinə yetirdikləri fabriklər və montaj xətləridir. Lego Mindstormdan istifadə edərək uşaqlar müxtəlif materialları yığmağı, çeşidləməyi, onların daşınmasını  eyni zamanda avtomatlaşdırmanın əsasını öyrənəcəklər.

    Tədris olunacaqlar proqramlar: 

    1. Ball Conveyor: Uşaqlar robotlarını qurub bir tərəfdən digər tərəfə hərəkət etdirmək üçün 90 dərəcədə proqramlaşdıracaqlar.

    2. Pick and Place:Uşaqlar kubları bir yerdən alıb, başqa bir yerə yerləşdirə biləcək bir robot sistemini quracaq və proqramlaşdıracaqlar.

    3. Plot-bot: Uşaqlar təkrarlanan bir forma meydana gətirən bir modeldə özünü hərəkət etdirəcək bir robot qurub proqramlaşdıracaqlar.

    4. Sorter-bot: Uşaqlar LEGO elementlərinin ən azı üç fərqli rəngini müəyyənləşdirə və onları ayrı yerlərə düzə bilən bir robotik sistemi quracaq və proqramlaşdıracaq.

    5. Arm with a pen: Uşaqlar şablon şəkillər çəkən, proqramları dəqiq yerinə yetirə bilən və təkrarlayan robot sistemini  qurub proqramlaşdıracaqlar.


    “ENGINEERS TO THE RESCUE!”: Real həyatda problemlər olduğu zaman onları həll etmək üçün siz mühəndislərə müraciət edə bilərsiniz. Bizim kiçik mühəndislərimizmexatronikanın əsaslarını öyrənib tətbiqedəcəklər. Dərs zamanı uşaqlar insan enerjisi ilə ekoloji fanar düzəldəcəklər, əlillər üçün isə prostetik prototip quracaqlar. Bundan əlavə onlar zəlzələlərin binalara necə təsir edəcəyini araşdıracaqlar.

    1. Eco-flashlightÇətinlik və məhdud giriş sahələrində elektrik və batareyaları tapmaq çox çətin ola bilər. Bizim gənc mühəndislərimiz krankı döndərdikdə meydana çıxan elektrik sayəsində "insan gücü " ilə  işləyən bir fənər quracaqlar.

    2. Sustainable Design Challenge – Cardboard Chair: Ecodesign məhsulun bütün həyat dövrü ərzində məhsulun ekoloji təsirlərinə xüsusi diqqət yetirməklə məhsullar yaratmaqdır. Uşaqlar əsas material kimi kartondan istifadə edərək,  stulun  yaradılması üçün  komandada işləmək bacarıqlarından  istifadə edəcəklər. Hazırlanan stul  oturan uşağınçəkisinə tab gətirməlidir.

    3. Seismic-simulator  Fəlakətlərdən və insan həyatının itkisindən qaçmaq üçün mühəndislər zəlzələlər zamanı  vibrasiyaya qarşı durmaq üçün binalarını inşa etməlidirlər. Bizim gənc struktur mühəndislərimiz binaların sağlamlığını test etmək üçün zəlzələ simulyatoru quracaqlar.

    4. Prosthetic Arm:  Bu modulun son iki dərsində uşaqlar biyomedikal mühəndislər olaraq kritik bir dünya probleminə müraciət edəcəklər. Əlillərin fəaliyyəti sayəsində uşaqlar gündəlik həyatda yaşayan amputantların məhdudiyyətlərini anlayacaq, prostetik qol üçün nümunə hazırlayacaq və effektivliyə görə fərqli materiallarla sınaqdan keçirəcəklər.

    Summer Campın 3-cü və 4-cü həftəsi ( 2-6 İyul və 9-13 İyul)

    “SCIENCE ADVENTURES WITH MINECRAFT EDU”: "Minecraft, Microsoft tərəfindən problem həlli çalışmalarına yönəlmiş, oyunçulara inanılmaz strukturları ilə unikal dünyalar yaratmağa imkan verən bir oyundur. Bu dəfə gənc mühəndislər paleontoloqların işi ilə tanış olub, dinozavr qalıqlarını öyrənəcək, insan orqanının içərisinə səyahət edirək tənəffüs və ürək-damar sistemin necə işlədiyini öyrənəcəklər. (bu dərs "Təcrübəli ürək mexanikası" mühəndislik dərsini tamamlayır). Uşaqlar Köln Universiteti və Böyük Briyaniya Birləşmiş Krallığı tərəfindən inkişaf etdirilən molekulyar dünyanı araşdıracaq və komandada işləyərək  biliklərini bölüşəcəklər.

    Surviving Minecraft: Minecraft Edu haqqında giriş: Gameplay, qaydalar və crafting.

    1. Inside the Human Body: Uşaqlar tənəffüs sistemi və ürək-damar sisteminin insan orqanını oksigen ilə necə təmin etdiyini araşdıracaqlar.

    2. Hunting Fossils: Uşaqlar diqqətlə dinozavr qalıqlarını aşkarlayacaqlar.

    3. Save the Rainforest: Uşaqlar meşələrin tələf olmasının qarşısını almaq barəsində müzakirələr edəcəklər

    4. Molecular World: Uşaqlar atom kompozisiyasını araşdıraraq nəhəng molekulları öyrənəcəklər.



  • “ENGINEERING: PHYSICS IN ACTION!”: Uşaqlar Mühəndis  Dizayn prosesindən,  biologiyanın, fizikanın  prinsiplərindən və inşaat mühəndisliyindən  istifadə edərək, özlərinin  qaldırıcı körpülərini  və  elektrikli hərəkət edən  botlarını quracaq,  Nyutonunbeşiyinin  yardımı ilə təcil və enerjinin qorunması barədə məlumat əldə edəcək, portativ basketbol oyununda isə oynayacaqlar. Bundan əlavə onlar insan ürəyindəki  qan dövranını,  havanın ağciyərdə necə nəql edildiyi,  insan orqanının içərisində "MinecraftEdu" vəzifəsində olaraq öyrənəcəklər.


    1. Basketball Game: Uşaqlar mini basketbol oyunu yaradaraq daha yüksək nəticə əldə etmək üçün dəqiqlik, uyğunluq, gərginlik haqqında yeni biliklər əldə edəcəklər.

    2. Heart and Lungs Mechanics: Uşaqlar insan orqanizminin  quruluşunu və qan dövranını  araşdırmaq üçün ürək və ağciyər modellərini meydana gətirəcəklər.

    3. Wobblebot: Uşaqlar elektrik sxemləri, inertiya, sürtünmə, titrəmə və robotların estetika konsepsiyalarını tətbiq edərək rəqs edən robotu quracaqlar.

    4. Draw Bridge: Hidravlik prinsiplərdən və mühəndislikdən istifadə edərək, uşaqlar yük gəmilərinin altından keçməsinə icazə verən və göyərtəni yüksəldən bir körpü quracaqlar.

    5. Newton’s Cradle: Uşaqlar təcil və enerjinin qorunması prinsipini nümayiş etdirən əyləncəli oyun quracaqlar.



      Summer Campın 5-ci həftəsi ( 16-20 İyul)


      “ENGINEERING OF TOYS”: İlk baxışda oyuncaqlar, yalnız uşaqların əyləncəsi üçün lazımlı görünsə də eyni zamanda böyük bir sənayenin tərkib hissəsi olaraq 2016-cı ildə  88 milyard dollar miqdarında gəlirin qazanılmasına səbəb olmuşdur. Bu modul zamanı uşaqlar sənaye haqqında məlumat alacaq və Mühəndis Dizayn prossesindən istifadə edərək  öz oyuncaqlarını quracaqlar.



      1. Foosball: Uşaqlar bir mini futbol oyunu yaradıb, yarışacaqlar.

      2. Operation! Elektrik mühəndisliyi prinsiplərindən istifadə edərək, oyunçular kənarlara toxunmadan rəqibi heyətdən çıxartmaq üçün cəhd göstərən klassik stolüstü oyunuquracaqlar. Qarşıya qoyulan missiyanı yerinə yetirərlərsə,  zummerdən səslər gələcək, və onlar məğlub olacaqlar.

      3. Build a Playset!: Barbi üçün evcik ,oyuncaq əsgər üçün bir qala və Ninja Turtles üçün bir gölməçə  hazırlayacaqlar. Uşaqlar hərəkət  fiquru üçün kiçik bir playset quracaq və onları tənzimləmək üçün müxtəlif həllər axtaracaqlar.

      4. Worm-Bot:  Son 2 dərsdə uşaqlar yaratdıqları oyuncaqların mexaniki və bioloji tərəflərini aşkarlayacaq və onların hərəkətlərini əsl həşarat kimi test edəcəklər.