Keçirilən müxtəlif mühəndislik sahələri haqqında
ƏtraflıBiz elmi, texnologiyanı, mühəndisliyi və riyaziyyatı (STEM) əyləndirici və həvəsləndirici şəkildə öyrədirik
Biliklərin real həyata uyğunlaşdırılması
Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərir.
Layihə əsaslı təhsil
STEM dərslərində şagirdlər mühəndis dizayn proseslərinin ardıcıllığı ilə tanış olurlar. Əvvəl müzakirə, iş bölgüsü, dizayn edirlər və yalnız bundan sonra inşa edirlər. Hər bir praktik dərsin sonunda bir layihə tamamlanmış olur.
Praktik dərslər ilə tətbiqi qabiliyyətlərin inkişafı
Uşaqlar dərsin böyük hissəsini aktiv və dinamik şəkildə öz əlləri ilə və özləri düşünərək nəticə əldə etməyə çalışırlar. Uşaqlar masa arxasında oturmurlar, davamlı olaraq əldə olunmuş məhsulları test edirlər.
Dərin elmi bilgilərin sadə və əyləncəli izahı
Elmi-texniki terminlər və anlayışlar əyləncəli şəkildə İzah olunur. Məsələn, kinetik enerjinin potensial enerjiye keçməsini bir raket düzəldib, onun 30 metr hündürlüyə üçmasını müşahidə edərək öyrənirlər.
Qrup işi və ünsiyyət bacarıqlarının inkişafı
STEM dərslərində uşaqlar özünü ifadə etməyi, müzakirə etməyi də öyrənirlər, çünkü hər bir dərsin əvvəlində istehsal olunacaq məhsul haqqında tam sərbəst şəraitdə beyin fırtınası aparılır..
Kritik düşünmə və problem həlli səriştələrinin inkişafı
STEM dərsləri zamanı, şagirdlər 6 hissədən ibarət olacaq dərsin hər bir etapında düşünərək ortaya çıxan problemləri həll etməyə çalışırlar. Şagirdlərə düşünmək üçün tam sərbəstlik verilir.
Statistik Göstəricilər
-
35
ölkədə 181 filial -
1650
akamedik saat -
10000
tələbə - 3 ildə

Franşiza imkanları
Özəl məktəblər, uşaq bağçaları, məktəblilər üçün əyləncə mərkəzləri, tədris mərkəzləri, regional gənclər evləri və öz biznesini başlamaq istəyənlərin nəzərinə!
EFK franşizasın əldə et, öz biznesini qur! Biz böyük məmnuniyyətlə sizə texnologiya dərslərinin və dərsdən sonra mühəndislik təlimlərinin təşkili...
Bizim müəllimlərimiz
YENİLİKLƏR
Bizim Foto Qalereya
Ən xoş yadda qalan anlar